...

"Neuralink" görmə məhdudiyyətli insanlara ümid verir

Maraqlı Materials 5 May 2025 04:29 (UTC +04:00)
"Neuralink" görmə məhdudiyyətli insanlara ümid verir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti görmə qabiliyyəti zəif və ya olmayan insanlara ümidverici bir texnologiya təqdim etməyə hazırlaşır.

Trend-in məlumatına görə, amerikalı milyarder bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O bildirib ki, “Blindsight” adlanan ilk beyin çipi gələcəkdə görmə qabığını birbaşa stimullaşdıraraq görmə məhdudiyyətli şəxslərə yenidən görmə qabiliyyətini qazandırmağı hədəfləyir.

İlon Maskın sözlərinə görə, şirkət yaxın 12 ay ərzində bu sahədə irəliləyiş əldə etməyi planlaşdırır.

Bununla yanaşı, "Neuralink" onurğa zədələnmələri olan insanlara yenidən yerimə qabiliyyətini bərpa etmək üçün də çip texnologiyası üzərində çalışır.

Xəbər lenti

Xəbər lenti