...

Azərbaycan Milli Ordusunun daha bir əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cümə axşamı Azərbaycan Milli Ordusunun daha bir əsgəri şəhid olub. Bu barədə cümə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan hərbçiləri Xocavənd istiqamətində atəşkəsi pozarkən 1976-cı il təvəllüdlü Müşfiq Heydər oğlu Paşayev aldığı güllə yarasından həlak olub. Paşayev 2006-cı ilin iyulunda Dəvəçi Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti