...

Londonda Dağlıq Qarabağ haqqında filmlərin nümayiş etdirilməsi mübahisələrə səbəb olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2007 19:18 (UTC +04:00)
Londonda Dağlıq Qarabağ haqqında filmlərin nümayiş etdirilməsi mübahisələrə səbəb olub

Böyük Britaniya, London / Trend , müxbir G. Əhmədova/ Cümə axşamı Londonda Azərbaycan və Ermənistan jurnalistlərinin birgə çəkdikləri qısamertajlı filmlərin nümayiş etdirilməsi mühahisə və müzakirələrə səbəb olub. Mübahisələrə əsas səbəb Ermənistan-Azərbaycan jurnalistləri tərəfindən Dağlıq Qarabağ müqaqişəsi haqqında çəkilmiş üç filmdən biri olan "Qarabağ haqqında sehrli nağıl" filmi olub, Trend in xüsusi müxbirinin Londondan verdiyi məlumatda belə deyilir.

2006-cı ildən Azərbaycan və Ermənistandan olan 20 gənc jurnalist Britaniyanın "Barışıq resursları" qeyri-hökumət təşkilatı, "İnternyus Ermənistan", "İnternyus Azərbaycan" və Xankəndi mətbuat xidmətinin birgə "Film vasitəsilə dialoq" layihəsinə cəlb olunublar. "Film vasitəsilə dialoq" münaqişəli vəziyyətlərlə məşğul olan və artıq dörd ildir ki, Britaniya hökuməti tərəfindən maliyyələşdirilən "Təşəbbüs konsorsiumu" layihəsinin bir hissəsidir. Birgə iş nəticəsində altı film çəkilib.

"Qarabağ haqqında sehrli nağıl" filmində "Uzunqulağın gözü ilə Qarabağ torpağı"ndan danışılır ki, burada Azərbaycan tarixi növbəti dəfə təhrif olunur. Həsən Cəlal adlı türk adı daşıyan personaj erməni şahzadəsi kimi təqdim olunur. Bu film artıq Moskvanın "Qızıl mücrü" festivalının mükafatına layiq görülüb.

"Əgər hər hansı bir şəxsin türklər barədə anlayışı varsa,dərhal anlamalıdır ki, jurnalistin Ermənistanın tarixi şəxsiyyəti kimi təqdim etdiyi personajın daşıdığı Həsən Cəlal adı türk adıdır" - deyə müzakirələrdə Londonun Azərbaycan Gəncləri Cəmiyyətinin nümayəndəsi Hacı Quliyev bildirib. Onun sözlərinə görə, hər erməni filmində Qarabağın Ermənistana tarixi mənsubluğuna eyhamlar olunur, Azərbaycan tərəfinin çəkdikyi filmlərdə isə, neytral mövqe saxlanılır. Ermənistan dokumentalistlərinin digər iki filmi-- "Məhv olmuş" və "Sındırılmaz" filmlərində isə, müharibə nəticəsində personajın başına gələn bəlalardan bəhs olunur.

"İnternyus-Ermənistan"ın nümayəndəsi Nunex Sarkisyan bütün yuxarıda sadalananlarla bağlı bildirib ki, erməni jurnalistlərinin məqsədi münaqişənin başqa cür təqdim edilməsi deyil, ilk dəfə görüşməyə çalışan insanların, münaqişəni öz aralarında qiymətləndirməsidir".

Azərbaycan jurnalistlərinin çəkdiyi "Böcəkudan", "13 ildən sonra" və "Canlanma" filmləri arasında diqqəti ən çox sonuncu film çəkir. Film, müharibədən sonrakı reabilitasiya dövründən bəhs edən, Qarabağ münaqişəsinin gözdən əlil veteranından danışır. "Böcəkudan" filmində iki qonşu kəndin sakinləri məzhəkə ilə əsrlərlə aralarında mövcud olan ədavətdən danışırlar. Film çəkənlərin bu mövzuya kinayəli yanaşma tərzi tamaşaçıların da alqaşlarına səbəb olub. "13 ildən sonra" filmi isə "sinxronsuz" kamera ilə çəkilib. "Bizim filmimiz ermənilərin filmləri ilə müqayisədə unikaldır. Çünki bizim film göstərir ki, münaqişədən yeganə çıxış yolu vətənə qayıtmaqdır" - deyə filmin ssenari müəllifi Elcan Məmmədov bildirib.

"Təşəbbüs konsorsiumu"nun rəhbəri Conatan Koen Trend ə verdiyi məlumatda bildirib ki, bu filmlərin Bakı və İrəvanda təqdimatı nəzərdə tutulmur. O bildirib ki, bu layihə çərçivəsində bir neçə filmin çəkiliməsi də nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ,ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti