...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2007 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 13.45-dən 14.00-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini, saat 20.45-dən 20.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, dekabrın 6-da saat 02.50-dən 03.20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.15-dən 04.30-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti