...

Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə hücum etməyib - Parlamentin sədri (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2008 11:04 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə hücum etməyib - Parlamentin sədri (video)

Azərbaycan, Bakı, 06 mart / Trend ", müxbir İ.Əlizadə/ Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə hücum etməyib. "Azərbaycan sülh prosesinə sadiqdir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır" - deyə cümə axşamı NATO Parlament Assambleyasının 68-ci "Rous-Rout" seminarında çıxış edən Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov bildirib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgəri isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.

Əsədov qeyd edib ki, Ermənitsan tərəfinin Azərbaycan ordusunun hücuma keçməsi haqqında yaydığı məlumatlar həqiqətəuyğun deyil: "Belə məlumatların yayılması, Ermənistanda hakimiyyətdə olan qüvvələrin antidemokratik mahiyyətini bir daha sübut edir". Spiker vurğulayıb ki, Ermənistan hakimiyyəti belə təxribatlar törətməklə diqqəti ölkədə yaranmış böhranlı vəziyyətdən yayındırmağa çalışır.

Xəbər lenti

Xəbər lenti