...

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2008 14:45 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.Ağayeva / Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək. Onlar Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serj Sarkisyanla görüş məsələlərini müzakirə edəcəklər. Bu barədə şənbə günü xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

Ermənistanın yeni prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə aprelin 2 - 4 - də Buxarestdə keçiriləcək NATO-nun sammitində iştirakı çərçivəsində görüşməyə hazırdır. Bu barədə dünən Yerevandan Ermənistanın xarici işlər naziri Vardan Oskanyan məlumat verib.

"Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın yeni prezidenti Serj Sarkisyanla görüşün əleyhinə deyil. Bu təklif həmsədrlər tərəfindən təklif olunsa, Azərbaycan prezidenti NATO-nun sammitində iştirak edərkən, məsələni gözdən keçirə bilər" - deyə şənbə günü Trend a Prezidentin İcra Aparatının beynəlxaq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.

Əzimovun sözlərinə görə, görüş Avropa şəhərlərinin birində, ehtimal olunur ki, Paris şəhərində keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Hazırda fəaliyyət göstərən Ermənistan prezidenti Robert Köçəryan və Azərbaycan prezidenti İlham Əliyevin son görüşü 2007-ci ilin iyul ayında Sankt-Peterburq şəhərində baş tutub. Aprelin 9-da Köçəryanın prezident səlahiyyətlərinin müddəti bitir və 19 fevral seçkilərində qalib gəlmiş Serj Sarkisyan vəzifə səlayiyyətləri əldə edir.

Məmmədyarov bu gün Dakarda keçirilən İKT sammitindən qayıdır.

Xəbər lenti

Xəbər lenti