...

İSESCO Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir - baş katib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir C.Babayeva/ İSESCO Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.

"İSESCO Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa edəcəyinə inanır", - bazar ertəsi Bakıda jurnalistlərə İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, İslam Konfransı Təşkilatının (İKT) bütün üzvləri Azərbaycanla həmrəydir.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar. 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.

İSESCO baş katibi oktyabrın 6-dan 8-dək Bakıda keçirilən islam ölkələri təhsil və elm nazirlərinin IV konfransında iştirak edir.  

Xəbər lenti

Xəbər lenti