...

Dağlıq Qarabağ münaqişəsinin həllində əsassız gecikmələrə yol verilməsi regionu gərgin vəziyyətdə saxlayır - Azərbaycanın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2009 12:50 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində əsassız gecikmələrə yol verilməsi regionu gərgin vəziyyətdə saxlayır - Azərbaycanın müdafiə naziri

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın müdafiə naziri bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsassız gecikmələrə yol verilməsi regionda ümumi durumu daha da gərgin vəziyyətdə saxlayır.

"Dağlıq Qarabağ problemi tezliklə aradan qaldırılmalıdır. Bu məsələdə heç bir torpaq güzəştindən söhbət gedə bilməz və ümumiyyətlə, münaqişə qeyd-şərtsiz öz həllini tapmalıdır", - Trend -un məlumatına görə, çərşənbə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibi köməkçisinin müavini xanım Meri Vorliki ilə görüşündə bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Müdafiə naziri eyni zamanda ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın yaxşı təməllər üzərində qurulduğunu qeyd edib.

Görüş zamanı bölgədəki hərbi-siyasi vəziyyət də müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti