ATƏT sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis çərşənbə günü, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün telefonla Azərbaycan və erməni həmkarları Elmar Məmmədyarov və Edvard Nalbandyanla əlaqə saxlayıb. Bu barədə Yunanıstan XİN-in mətbuat xidmətindən bildirilib. Məlumatı RİA Novosti yayıb.
"Cənubi Qafqazdakı son hadisələr və Dağlıq Qarabağ məsələsi üzrə danışıqlardakı irəliləyiş müzakirə edilib. Bakoyannis yaranan imkandan istifadə edərək, ATƏT-in yunan sədrliyinin regionda sülh və sabitlik üzrə səylərə dəstəyini bildirib", - yunan XİN-in məlumatında bildirilir.
Avqustun 4-də Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində Bakoyannisin şəxsi nümayəndəsinin mandatı ilə monitorinq keçirilib. Müşahidəçilər pozuntu qeydə almayıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.