...

Türkiyə Azərbaycanı məyus edəcək addım atmaz - Azərbaycanın Qarsdakı konsulu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2009 18:10 (UTC +04:00)
Azərbaycanın Türkiyənin Qars şəhərindəki konsulu Həsən Sultanoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibət bildirərək, Türkiyənin Azərbaycanı məyus edəcək addım atmayacağını deyib.
Türkiyə Azərbaycanı məyus edəcək addım atmaz - Azərbaycanın Qarsdakı konsulu

Azərbaycanın Türkiyənin Qars şəhərindəki konsulu Həsən Sultanoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibət bildirərək, Türkiyənin Azərbaycanı məyus edəcək addım atmayacağını deyib. Bu barədə Türkiyəin CİHAN informasiya agentliyi məlumat yayıb.

"Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Dağlıq Qarabaq problemi həll olmadan sərhədlərin açılmayacağı barədə Azərbaycana söz verib. Türkiyənin Azərbaycanı məyus edəcək addım atacağını gözləmirəm", - deyə konsul bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti