Azərbaycan, Bakı, 12 sentyabr / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 11-də saat 20.40-dan 21.35-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən mövqelərimizi, saat 14.00-dan 14.30-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.