...

Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb – Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2009 13:00 (UTC +04:00)
Region ölkələrinin ərazi bütövlüyünü nəzərə almaqla Qafqazdakı Dağlıq Qarabağ və digər bütün münaqişələri həll etməyin vaxtı çatıb, cümə axşamı BMT Təhlükəsizlik Şurasının tribunasından Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib, CNN Turk telekanalı xəbər verir.
Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb – Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Axundov/

Region ölkələrinin ərazi bütövlüyünü nəzərə almaqla Qafqazdakı Dağlıq Qarabağ və digər bütün münaqişələri həll etməyin vaxtı çatıb, cümə axşamı BMT Təhlükəsizlik Şurasının tribunasından Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib, CNN Turk telekanalı xəbər verir.

"Regionumuzda həll edilməyən məsələlər problemdir, onların həlli bütün dünya üçün çox vacibdir. Məqsədimiz passiv qonşuluq əlaqələrindən fəal əməkdalığa keçməkdir. Bu, Şərqdəki və Qərbdəki dostlarımız tərəfindən bəyənilir, regionda və bütün dünyada sülh uğrunda mübarizəyə töhvə kimi qəbul edilir. Bunun konkret nümunəsi kimi qonşu Yunanıstanla davam edən danışıqlar prosesini göstərmək olar", - o deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin, son zamanlar güclənən, Ermənistanla münasibətlərini normallaşdırmaq cəhdləri də öz bəhrəsini verir.

"Xüsusən də, son yeddi ildə hər vəchlə bütün qonşularımızla problemləri həll etməyə çalışırıq. Siyasətdə "qonşularla problemsiz" kimi ifadə etdiyimiz yanaşma sayəsində Türkiyə bütün qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırıb", - Türkiyənin Baş naziri deyib.

Xəbər lenti

Xəbər lenti