...

"İnter" telekanalının Dağlıq Qarabağ haqqında süjetinə gülün – Ukraynanın Azərbaycandakı səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2009 13:13 (UTC +04:00)
Azərbaycan "İnter" telekanalının Dağlıq Qarabağ haqqında çəkdiyi süjetə gülməlidir, süjet qeyri-obyektivdir. Bu barədə bu gün Bakıda Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk mətbuat konfransında deyib.
"İnter" telekanalının Dağlıq Qarabağ haqqında süjetinə gülün – Ukraynanın Azərbaycandakı səfiri

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycan "İnter" telekanalının Dağlıq Qarabağ haqqında çəkdiyi süjetə gülməlidir, süjet qeyri-obyektivdir. Bu barədə bu gün Bakıda Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk mətbuat konfransında deyib.

Azərbaycanın Ukraynadakı səfirliyi dekabrın 7-də "İnter" telekanalında Azərbaycanın əleyhinə olan filmin nümayişi ilə əlaqədar olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bazar ertəsi Trend -a bildirib.

Ukraynanın "İnter" telekanalı "Euronews" kanalının ardınca Qarabağa dair Azərbaycanın əleyhinə olan film hazırlayıb və tamaşaçılara təqdim edib.

"Bu filmin "İnter" telekanalı ilə yayımlanması məndə sevinc hissi oyatmayıb, lakin "İnter" telekanalı özəldir və bunu nəzərə almaq lazımdır", - Klimçuk deyib.

Onun sözlərinə görə, Ukraynanın mövqeyi dəyişməz qalır və Ukrayna XİN-də Azərbaycanın səfiri Tələt Əliyevlə görüşdə bu açıq aşkar bildirilib.

"Belə bir ifadə var - yad ərazidə öz qanunlarını yeridə bulməzsən, eyni fikir həm də müstəqil mətbuata, "İnter"in mövqeyinə aiddir. Bu, Ukraynanın mövqeyi deyil, onların rəhbərliyi ilə Ukrayna XİN-i artıq söhbət aparıb", - səfir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti