...

Dağlıq Qarabağ üzrə Alt Komitə münaqişənin həllində vacib rol oynaya bilər - Luis Maria de Puç

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2010 14:44 (UTC +04:00)
Dağlıq Qarabaq üzrə Alt Komitənin fəaliyyətinin canlandırılması önəmlidir. Biz hər iki ölkə arasında mövqelərin yaxınlaşmasına çalışdıq
Dağlıq Qarabağ üzrə Alt Komitə münaqişənin həllində vacib rol oynaya bilər - Luis Maria de Puç

Fransa, Strasburq, 25 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Dağlıq Qarabaq üzrə Alt Komitənin fəaliyyətinin canlandırılması önəmlidir. Biz hər iki ölkə arasında mövqelərin yaxınlaşmasına çalışdıq. Trend -un məlumatına görə, bu fikirləri bazar ertəsi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ilk günündə keçirdiyi mətbuat konfransında qurumun səlahiyyət müddəti bitmiş sədri Luis Maria de Puç deyib.

"Mən münaqişənin həlli ilə bağlı qarşıdurmanı, güc yolunu tamamilə istisna edirəm. Bu həm də AŞ-nin mövqeyidir. Münaqişə sülh yolu ilə həll edilməlidir. Biz dialoq yolu ilə irəliləməliyik. Bu Alt komitə tərəflərin siyasi qərarlarının proqnozlaşdırılmasında önəmli ola bilər. Yeni seçiləcək sədr bu işləri davam etdirəcək", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2010-cu ildə AŞ PA-nın hazırkı prezidenti Luis Maria de Puçun mandatı bitir və iki il əvvəl əldə edilən prosedur və yazılı anlaşmaya görə, 2010-cu ildə bu postu Avropa Demokrat Qrupunun namizədi tutmalıdır.

Xəbər lenti

Xəbər lenti