Azərbaycan, Bakı, 20 fevral / Trend /
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 20.05-dən 20.50-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 16.40-dan 17.20-dək, 19.40-dan 19.50-dək Ağdam rayonunun Şuraabad və Yusifcanlı kəndləri yaxınlığında, saat 21.25-dən 21.45-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında, saat 23.30-dan 23.50-dək, fevralın 20-də saat 00.30-dan 00.45-dək və 02.00-dan 02.10-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.