...

Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələr Günündə atəşkəsi dörd istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2010 12:15 (UTC +04:00)
Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələr Günündə atəşkəsi dörd istiqamətdə pozub.
Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələr Günündə atəşkəsi dörd istiqamətdə pozub

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələr Günündə atəşkəsi dörd istiqamətdə pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 25-də saat 08:05-dən 08:35-dək, saat 14:05-dən 14:25-dək, saat 16:15-dən 16:45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdən, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəsi pozublar.

İyunun 25-i saat 17:05-dən 17:15-dək, saat 21:30-dan 21:45-dək, saat 23:50-dən 00:15-dək; iyunun 26-da saat 00:23-dən 00:45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdən, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyunun 25-də saat 09:40-dan 09:55-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Ermənistan ordusu, həmçinin, iyunun 26-da saat 01:30-dan 01:48-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 04:20-dən 05:10-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən; iyunun 26-da saat 00:40-dan 01:40-dək Tərtər rayonunun Çaylı, Həsənqaya, Yarımca, Qızıloba, Seysulam kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti