...

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı KTMT-nin imicinə ziyan vurur - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2010 14:10 (UTC +04:00)
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imicinə ziyan vurur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə günü bildirib.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı KTMT-nin imicinə ziyan vurur - politoloq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imicinə ziyan vurur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə günü bildirib.

Onun sözlərinə görə, son vaxtlar Ermənistanın silahlanması bu ölkənin işğalı davam etdirmək niyyətini sübut edir.

KTMT üzvü olan dövlət başçılarının ikigünlük qeyri-rəsmi sammiti avqustun 20-də Yerevanda başlayacaq.

Dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində işgüzar müzakirələrin və bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi gözlənilir.

Sammitin gündəliyi çərçivəsində regional təhlükəsizlik problemləri, eləcə də KTMT üzvü olan dövlətlərin müasir çağırış və təhdidlərə qarşı birgə fəaliyyəti sahəsində məsələlər nəzərdən keçiriləcək.

"Yerevan sammitin gedişində KTMT üzvü olan dövlətlərin Ermənistanın mövqeyini müdafiə edəcəklərinə böyük ümidlər bəsləyir. Lakin təşkilatda dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müdaxilə qeyri-mümkündür və hərbi əməliyyatlar bərpa olunarsa, KTMT Azərbaycan tərəfinə heç bir təzyiq göstərməyəcək, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir", - Əhmədoğlu bildirib.

Politoloq onu da əlavə edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək hüququ var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti