...

Patriarx Kiril Qarabağda şəhid olmuş azərbaycanlı əsgərin doğmalarına qaytarılması ilə bağlı danışıqlarda vasitəçilik edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2010 10:46 (UTC +04:00)

Patriarx Kiril, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Qarabağda şəhid olmuş azərbaycanlı əsgərin doğmalarına qaytarılmasına Rusiya Pravoslav Kilsəsi rəhbərinin kömək göstərməsi barədə xahişini yerinə yetirmək üçün ondan asılı olan hər şeyi edəcək. Bu barədə İTAR-TASS yazır.

"Mən hörmətli Şeyxülislamdan məktub almışam və öz tərəfimdən zəruri addımlar atacağam", - Patriarx Kiril Paşazadə ilə görüşündən sonra bildirib. Patriarx qeyd edib ki, "Məlum olduğu kimi, bu məsələ yalnız bir ölkədə həll olunmur; burada bir sıra məsləhətləşmələrin aparılması tələb olunur. Baxaq görək, nəticə necə olacaq", - o bildirib.

İyunun 19-da Tərtər rayonunun Çaylı kəndi istiqamətində (Dağlıq Qarabağ ərazisində) Ermənistan silahlı qüvvələri tərəfindən hazırlanan təxribatın qarşısını alarkən, Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov həlak olub. Toqquşma nəticəsində erməni tərəfi itki verib. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti