...

Türkiyə Azərbaycanla Ermənistan arasında problemin sülh yolu ilə həllini istəyir - XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2010 04:35 (UTC +04:00)
Türkiyə Azərbaycan ilə Ermənistan arasında olan problemin sülh yolu ilə və qarşılıqlı hörmət əsasında həllini istəyir. Bunu çərşənbə günü Strasburqda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə Azərbaycanla Ermənistan arasında problemin sülh yolu ilə həllini istəyir - XİN başçısı

Türkiyə Azərbaycan ilə Ermənistan arasında olan problemin sülh yolu ilə və qarşılıqlı hörmət əsasında həllini istəyir. Bunu çərşənbə günü Strasburqda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti