...

Azərbaycan Ermənistanın növbəti yalanını ifşa etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2011 18:07 (UTC +04:00)
Azərbaycan Ermənistan tərəfinin Çexiya şirkətlərinin guya Dağlıq Qarabağda investisiya layihələrini gerçəkləşdirəcəyi ilə bağlı yalan məlumatını ifşa edib.
Azərbaycan Ermənistanın növbəti yalanını ifşa etdi

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ermənistan tərəfinin Çexiya şirkətlərinin guya Dağlıq Qarabağda investisiya layihələrini gerçəkləşdirəcəyi ilə bağlı yalan məlumatını ifşa edib.

"Son zamanlar Ermənistan mətbuatında guya Çexiyanın "Sana Suafi" və "Çeşski dvur" adlı şirkətlərinin Dağlıq Qarabağda investisiya layihələri ilə maraqlanması və həmin şirkətlərin rəsmi nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi barədə yayılmış məlumatlar Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən araşdırılıb. Araşdırmalar nəticəsində "Sana Suafi" adlı şirkətin ümumən Çexiyanın ticarət reyestrində qeydiyyatda olmadığı və özünü "Çeşski dvur" şirkətinin rəsmi nümayəndəsi kimi təqdim edən Senik Djulakyan adlı şəxsin bu şirkətdə çalışmadığı müəyyən edilib. Bununla da Ermənistan tərəfinin növbəti yalanı ifşa edilib", - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti