...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2011 09:33 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 3 may /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və ATƏT-in yuksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Maykl Okonnor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və ATƏT-in yuksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokritix keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti