...

Ermənilərin nümayiş etdirdiyi materiallar İsveçrə hökumətinin Dağlıq Qarabağla bağlı mövqeyinə ziddir - Xarici İşlər Federal Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2011 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

XXV Beynəlxalq Kitab və Mətbuat Sərgisinin aprelin 29-də Cenevrə şəhərində keçirilmiş açılış mərasimində Ermənistana aid olan "stend"lərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyinin etiraz notasına cavab olaraq, İsveçrə Xarici İşlər Federal Departamenti rəsmi şəkildə nota vasitəsilə bildirib ki, ermənilər tərəfindən nümayiş edilmiş təhrif olunmuş materiallar Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlarla bağlı İsveçrə hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, eyni zamanda vurğulanıb ki, İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlarına İsveçrə vətəndaşlarına səfər etməmək rəsmi olaraq tövsiyə edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti