...

Siyavuş Novruzov: Azərbaycan məhkəmələri Xocalı soyqırımının səbəbkarları barədə qərar qəbul etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 13:39 (UTC +04:00)
Azərbaycan məhkəmələri Xocalı soyqırımının səbəbkarlarının konkret adlarını çəkərək onlar barəsində qərar qəbul etməli və bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdırlar.
Siyavuş Novruzov: Azərbaycan məhkəmələri Xocalı soyqırımının səbəbkarları barədə qərar qəbul etməlidir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan məhkəmələri Xocalı soyqırımının səbəbkarlarının konkret adlarını çəkərək onlar barəsində qərar qəbul etməli və bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, əgər həmin səbəbkarlardan həyatda olmayan varsa belə, onlar haqqında Azərbaycan məhkəmələrində onların cinayətkar əməllərini sübut edəcək qərarlar qəbul olunmalıdır.

"Bunlar arasında sapı özümüzdən olan baltalar da var. Mütləq onların da Xocalı soyqırımı ilə bağlı "fəaliyyəti" aşkarlanmalı və onların adı ictimaiyyətə bildirilməlidir", - Novruzov vurğulayıb.

Deputat buna misal olaraq deyib ki, bu gün həmin əməllərin davamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimlidir.

"O, bir vaxtlar öz silahdaşlarını satıb, indi də Azərbaycanın maraqlarını xaricdən aldığı vəsait müqabilində satır. İndiyə qədər bir cümlə ilə belə Xocalı faicəsinə toxunmayan Əli Kərimli bu gün durub Azərbaycan-Türkiyə münasibətlərindən, Azərbaycanın Türkiyəyə Fransa Senatındakı məsələ ilə bağlı dəstək verməməsindən danışır. Azərbaycanın Türkiyəyə dəstəyi göz qabağındadır və ən yüksək səviyyədədir. Sadəcə, Əli Kərimli ermənilər kimi Azərbaycanın maraqlarına zərbə endirmək niyyətindədir", - o deyib.

Xəbər lenti

Xəbər lenti