...

Serj Sarkisyanın sözlərinə zidd hərəkətləri region xalqlarının gələcəyinə mənfi təsir göstərir – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2012 10:39 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın ən azı sözdə regionun və orada məskunlaşan xalqların gələcəyinə qayğı göstərdiyini eşitmək sevindiricidir.
Serj Sarkisyanın sözlərinə zidd hərəkətləri region xalqlarının gələcəyinə mənfi təsir göstərir – Azərbaycan XİN

Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir E.Tariverdiyeva /

Ermənistan Prezidenti Serj Sarkisyanın ən azı sözdə regionun və orada məskunlaşan xalqların gələcəyinə qayğı göstərdiyini eşitmək sevindiricidir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Serj Sarkisyanın son çıxışını şərh edərkən deyib.

"Təəssüf ki, Ermənistan hakimiyyətinin işdə regionun stabilliyi və çiçəklənməsinə cəhd göstərməsi hiss olunmur. Prezident Sarkisyan Dağlıq Qarabağ ətrafındakı sülh prosesinə özünün destruktiv yanaşması ilə regionun inkişafını əngəlləyir", - Abdullayev deyib.

O bildirib ki, sözlərinə zidd hərəkətləri region xalqlarının gələcəyinə mənfi təsir göstərir.

Ermənistan Prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun yaradılmasının 20 illiyi münasibətilə təbrik məktubunda deyib ki, Ermənistan ATƏT MQ çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması kontekstində konstruktiv fəaliyyətini davam etdirir. Bu barədə Ermənistan Prezidentinin mətbuat mərkəzindən "Novosti-Armeniya" agentliyinə bildirilib.

"Qarabağ münaqişəsinin həllində dərindən maraqlı olan Ermənistan regionumuzun sabitliyi və təhlükəsizliyi, xalqlarımızın ən yaxşı gələcəyi naminə ATƏT MQ çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması kontekstində müsbət və konstruktiv fəaliyyətini davam etdirir",- Sarkisyan bildirib.

"Ermənistan rəhbərliyi regionun gələcəyi, Ermənistanın və xalqın gələcəyi haqqında ciddi düşünməlidir, Dağlıq Qarabağ münaqişəsi ətrafında nizamlanmaya yanaşmada praqmatizm və konstruktivizm nümayiş etdirməlidir", - o deyib.

Abdullayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun inkişafı və onun iqtisadi cəhətdən çiçəklənməsi üçün əsas şərtdir.

"Cənubi Qafqazın stabilliyinə və təhlükəsizliyinə cəhdlər təkcə ritorikadan ibarət olmamalıdır. Regionun çiçəklənməsi münaqişənin nizamlanmasında Ermənistan hakimiyyətinin birbaşa siyasi iradəsindən və konkret hərəkətlərindən asılıdır ki, bu da hələlik Yerevan tərəfindən edilmir", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti