...

ATƏT-in Minsk qrupunun formatı baş tutub və qrupun potensialı tükənməyib - Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2012 17:45 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun üç həmsədri kifayət qədər intensiv və nizamlı şəkildə işləyir və Fransanın qrupda Aİ mandatı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil.
ATƏT-in Minsk qrupunun formatı baş tutub və qrupun potensialı tükənməyib - Rusiya XİN

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun üç həmsədri kifayət qədər intensiv və nizamlı şəkildə işləyir və Fransanın qrupda Aİ mandatı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"Üç həmsədr ölkə olduqca konstruktiv işləyir və son vaxtlar əlaqələrin intensivliyi ilə yanaşı, yüksək səviyyə də daxil olmaqla müxtəlif səviyyələrdə razılaşdırılan sənədlərin həcmi artıb", - Lukaşeviç qeyd edib.

Onun sözlərinə görə, son nümunə - Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin dəstəklənməsi haqqında bəyanatı onu təsdiq edir ki, manevr və münaqişə tərəflərinə təsir etmək üçün imkan var.

Lukaşeviçin sözlərinə görə, Minsk qrupunun yanvar ayında Soçidə Rusiya Prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin verdiyi siqnalı həyata keçirməsinə tələbat var. Soçidə rəsmi Bakı və Yeravan bəyan etmişdilər ki, onlar nizamlanmanın əsas prinsipləri üzərində işləri tezləşdirməyə hazırdırlar.

"Yəqin bu siqnallar göstərir ki, Minsk qrupunun formatı baş tutub və qrupun potensialı tükənməyib", - Lukaşeviç deyib.

Xəbər lenti

Xəbər lenti