...

Azərbaycan XİN: Etnik təmizləmə və işğal siyasəti beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2012 16:31 (UTC +04:00)
Etnik təmizləmə və işğal siyasəti müasir beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz.
Azərbaycan XİN: Etnik təmizləmə və işğal siyasəti beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir S.Ağayeva/

Etnik təmizləmə və işğal siyasəti müasir beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz. Bunu çərşənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev deyib.

"Hər şeydən göründüyü kimi, erməni nazir yenə də təmsil etdiyi dairələr üçün sərfəli olan ritorika tətbiq edir", - Abdullayev Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın Bakının Qarabağ məsələsi üzrə birtərəfli fikir formalaşdırmağa nail olaraq Azərbaycana gələn nümayəndə heyətlərini şantaj etməyə çalışması barədə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, belə ifadələrdən sonra Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasında maraqlı olmadığına şübhə qalmır.

XİN-in rəsmi nümayəndəsi hesab edir ki, belə ifadə forması beynəlxalq hüquqa etinasızlığı, bununla da beynəlxalq birliyin fikrinə hörmətsizliyi nümayiş etdirir. "Ermənistan hakimiyyətinin yad əraziləri işğal edib, bu ərazilərdə yerli Azərbaycan əhalisinə qarşı etnik təmizləmələr törədib utanmadan beynəlxalq hüquq prinsipləri haqqında danışması mənasızdır", - Abdullayev qeyd edib.

O bildirib ki, Azərbaycan təkcə sözdə deyil, işdə də özünün münaqişənin nizamlanmasına yanaşmasında beynəlxalq hüquqa və onun prinsiplərinə sadiqliyini və hörmətini sübut edib.

Abdullayevin fikrincə, Azərbaycanın dünya arenasında artan əhəmiyyətinə və beynəlxalq birliyin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunmasını düzgün qiymətləndirməsinə görə əsəbiləşməkdənsə, Yerevan lazımi dərs almalı və özünün münaqişənin nizamlanmasına yanaşmasında konstruktivlik və sülhsevərlik göstərməli, populizmlə və münaqişənin nizamlanmasında status-kvonun saxlanması üçün vaxtım uzadılması ilə məşğul olmamalıdır.

"Bakı Qarabağ məsələsi ilə bağlı birtərəfli fikir formalaşdırmağa nail olaraq Azərbaycana səfər edən nümayəndə heyətlərini şantaj etməyə çalışır. Azərbaycanın "dəyirmana su tökmək" cəhdləri münaqişənin nizama salınması prosesində yaxşı heç nə vəd etmir", - Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan çərşənbə günü Yerevanda mətbuat konfransında bəyan edib. Bu barədə Ermənistan KİV xəbər verir.

Xəbər lenti

Xəbər lenti