...

BQXK əməkdaşları azərbaycanlı hərbi əsirə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2012 10:21 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları aprelin 2-də Yerevanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
BQXK əməkdaşları azərbaycanlı hərbi əsirə baş çəkiblər

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları aprelin 2-də Yerevanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, hərbi əsirə bir "Qızıl xaç məktubu" çatdırılıb, ondan isə bir "Qızıl xaç məktubu" alınıb.

Hərbi əsirin atası aprelin 6-da BQXK-nın Azərbaycan nümayəndəliyinə dəvət edilib və oğlunun yazdığı məktub ona çatdırılıb.

Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti