...

Xocavənddə "Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri" adlı konfrans keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2012 14:04 (UTC +04:00)
Aprelin 15-də Xocavənd rayonunda Xocavənd rayon İcra Hakimiyyəti və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans keçiriləcək.
Xocavənddə "Qondarma erməni soyqırımı  yalanları və Azərbaycan həqiqətləri" adlı konfrans keçiriləcək

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Aprelin 15-də Xocavənd rayonunda Xocavənd rayon İcra Hakimiyyəti və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə "Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri" adlı konfrans keçiriləcək.

Trend-in məlumatına görə, konfransda "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən, Azərbaycan parlamentinin üzvləri, QHT və KİV təmsilçiləri, təşkilatçı qurumların rəhbərləri, müharibə veteranları, yerli ictimai fəal gənclər iştirak edəcəklər.

Konfransda qondarma erməni soyqırımına, erməni yalanlarına dair, habelə Azərbaycan həqiqətlərini əks etdirən məruzələr dinləniləcək, erməni işğalından, erməni zülmündən bilavasitə əziyyət çəkən canlı şahidlər danışacaqlar.

Konfransın gedişində "Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçü İbad Hüseynovun həyatından, döyüş yolundan bəhs edən "Xüsusi təyinatlı" kitabının təqdimatı da keçiriləcəkdir və Türkiyədən gələn nümayəndə heyəti İbad Hüseynov barədə öz fikir və düşüncələrini bölüşəcəklər.

Xəbər lenti

Xəbər lenti