...

Azərbaycanın keçmiş telejurnalistinin kitabı çapdan çıxıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2012 10:13 (UTC +04:00)
Keçmiş telejurnalist Atəş Sultanovun "Səlib yürüşü davam edir" adlı kitabı çapdan çıxıb.
Azərbaycanın keçmiş telejurnalistinin kitabı çapdan çıxıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Keçmiş telejurnalist Atəş Sultanovun "Səlib yürüşü davam edir" adlı kitabı çapdan çıxıb.

Trend-in məlumatına görə, kitabda 1992-ci ilin fevral ayında Bakıda və Ağdamda olan xaos və müəmmalı hadisələr, xəyanət və satqınlığın izləri barədə söhbət açılır. Bədii obraz olan jurnalistin şahidliyi ilə Xocalı faciəsi ərəfəsində ölkənin ictimai-siyasi həyatını iflic edən kabus axtarışı aparılır.

Bədii-faktoloji əsərdə o zamankı iqtidarın və müxalifətin siyasəti, müsahibələr və faktlar, Qarabağ münaqişəsinin ilk illərində Qərbin və Rusiyanın tutduğu mövqe yer alıb. Bütün bu olaylar türklərə qarşı qlobal ideoloji müharibəni izah edən tarixi səyahətlə müşayiət olunur, Konstantinopolun (indiki İstanbul) fəthindən sonra şiddətlənən türkün tarixinə və fiziki varlığına qarşı səlib yürüşünin səbəbləri göstərilir.

Xəbər lenti

Xəbər lenti