...

Cəbhə xəttində atəşkəs rejimi yenə də pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2012 11:12 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs rejimi yenə də pozulub

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Cəbhə xəttində atəşkəs rejimi yenə də pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan; Berd rayonunun Mososqex və İcevan rayonunun Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Mərzili; Cəbrayıl rayonunun Mehdili; Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti