...

İSESKO Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq hüququnu dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 15:10 (UTC +04:00)
Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı (İSESKO) Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq hüququnu qətiyyətlə dəstəkləyir.
İSESKO Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq hüququnu dəstəkləyir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı (İSESKO) Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq hüququnu qətiyyətlə dəstəkləyir. Trend-in məlumatına görə, bunun cümə axşamı Bakıda öz işinə başlayan II Beynəlxalq Humanitar Forumun açılışında qurumun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyrci bildirib.

"Bu işğal beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və tarixin özünə ziddir", - o deyib.

İSESKO-nun baş direktoru forumda iştirak edən ölkələri işğal olunmuş ərazilərin bərpasında Azərbaycanın mövqeyini dəstəkləməyə çağırıb.

"Azərbaycan ərazilərinin işğalı qanunsuz və ədalətsizdir", - o əlavə edib.

Əl-Tüveyrci bildirib ki, Azərbaycanın işğal olunmuş ərazisində aeroportun tikintisi qanunsuzdur.

"Bu ərazi tarixən, mədəni və hüquqi baxımdan Azərbaycan torpağıdır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti