...

ATƏT MQ həmsədrləri regiona səfərdən əvvəl illik hesabat təqdim ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2012 17:25 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik noyabrın 8-də Vyanada ATƏT-in Daimi Şurasına öz illik hesabatlarını təqdim ediblər.
ATƏT MQ həmsədrləri regiona səfərdən əvvəl illik hesabat təqdim ediblər

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik noyabrın 8-də Vyanada ATƏT-in Daimi Şurasına öz illik hesabatlarını təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For son il ərzində münaqişə tərəfləri ilə fərdi və birgə görüşləri, regiona səfərlərində öz fəaliyyətləri, həmçinin həmsədr ölkələrin hər birinin 2012-ci ilin yanvarında Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı qarşılıqlı fəaliyyətləri haqqında hesabatı təqdim ediblər.

Onlar, həmçinin xüsusilə səfir Kaspşikin və onun komandasının regionda işi nəticəsində gərginliyin azalmasında və zorakılıq hallarından qaçılması üçün kömək göstərilməsində rollarını müzakirə ediblər.

Daimi Şuranın iclasına hesabatın təqdimatına əlavə olaraq, həmsədrlər Minsk qrupunun müşavirəsini keçiriblər. Onlar, həmçinin gələcəkdə ATƏT-ə sədrliyini nəzərə alaraq, Ukrayna və İsveçrə nümayəndə heyətləri ilə görüşüblər.

Həmsədrlər regiona bu ayın sonunda - dekabrda ATƏT-in Dublində keçiriləcək Nazirlər görüşü ərəfəsində səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti