...

Ermənilər və həmsədrlər “Ramil Səfərov işini” Dağlıq Qarabağ tənzimlənməsinə maneə kimi istifadə edə bilməyəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2012 11:35 (UTC +04:00)
Ermənilərin düzəltdiyi "Ramil Səfərov işi" adlı saxta arqument ermənilərin əvvəlki bütün arqumentlərini üstələyib.
Ermənilər və həmsədrlər “Ramil Səfərov işini” Dağlıq Qarabağ tənzimlənməsinə maneə kimi istifadə edə bilməyəcəklər

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin prezidenti, politoloq

Ermənilərin düzəltdiyi "Ramil Səfərov işi" adlı saxta arqument ermənilərin əvvəlki bütün arqumentlərini üstələyib. Qoşunların təmas xəttində nəzarət mexanizminin gücləndirilməsi, snayperlərin geri çəkilməsi kimi bəhanələr artıq unudulub.

Serj Sarkisyanın Fransada prezident Fransua Ollandla görüşdən sonra verdiyi bəyanatlar, eləcə də onun digər görüşlərindəki çıxışları bunu deməyə əsas verir.

Belə bir variantı ehtimal edək: R.Səfərov Macarıstanda yeni, ədalətli məhkəmənin keçirilməsini tələb edə bilər. Macarıstan məhkəmələrinin ədalətliliyini zərrə qədər şübhə altına almaq niyyətimiz yoxdur, lakin R.Səfərovla bağlı Macarıstanda aparılan istintaq və məhkəmə prosesinə ermənilər tərəfindən həddən artıq çox müdaxilələrin mövcudluğuna da heç kim şübhə etməməlidir. Erməni ordusunun "dedovşina"çılığının bayraqdarlarından olan zabit Q.Markaryanın R.Səfərovu necə təhrik etməsindən başlayaraq bəlli hadisəyədək olan dövrdəki proseslərin istintaqı daha sakit şəraitdə aparılır, eləcə də məhkəməyə kənar təsirlər tamamilə neytrallaşdırılır.

S.Sarkisyanın bəyanatından həm də belə başa düşülür ki, həmsədrlər savadsızdır və Böyük Sülh Sazişinin mətninə Əsas Prinsipləri daxil edə bilmirlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsas kimi götürülmüş Helsinki Yekun Aktının 3 prinsipini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin praktiki başlanğıcına şərait yaradan Böyük Sülh Sazişinin həm əvəlinə, həm ortasına, həm də axırına daxil etmək mümkündür.

Serj Sarkisyan "Əsas Prinsiplər" adı ilə sənəd imzalatdırmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində razılığın əldə olunması görüntüsünü yaradır, çünki bu görüntü ona kredit almağa imkan verəcəkdir. Dağlıq Qarabağ münaqişəsi isə həll olunmamış qalır. Böyük Sülh Sazişini imzaladıqdan sonra ilk addım olaraq ya R.Səfərov Macarıstanda yenidən istintaq və ədalət mühakiməsinə qatılmaq təşəbbüsünü irəli sürüb reallaşdıra bilər və ya Azərbaycan tərəfi qoşunların təmas xəttindən snayperləri geri çəkə bilər. Seçim ermənilərindir. Əsas odur ki, ermənilər bəhanə dalında gizlənməsin, beynəlxalq ictimaiyyəti aldatmasın. Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləmək niyyətində olmadığını birbaşa bildirsin. Son 10 ildə biz güclü ordu yaratmışıq. Belə ordunu yaratmağımızda digər parametrlərlə yanaşı ATƏT MQ həmsədrlərinin 20 illik fəaliyyətsizliyi də iştirak edib.

Dekabrın əvvəllərində Dublində keçiriləcək ATƏT ministerialının sonuncu ministerial olması ehtimalı çox böyükdür və arzuolunandır. Vasitəçilər praktik tənzimlənməyə imkan verən Böyük Sülh Sazişini Ermənistana imzalatdıra bilməyəcəklərsə həmsədr ölkələrin bu məsələ ilə ATƏT deyil, BMT müstəvisində məşğul olması zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti