...

Beynəlxalq ictimai birlik Ukraynada elan edilən "Xocalı ayı" kampaniyasına qoşuldu (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 09:55 (UTC +04:00)
"Sərhədsiz Mübarizə Qardaşlığı Beynəlxalq" İctimai Təşkilatı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi "Xocalı ayı" kampaniyasına qoşulduğunu bəyan edib.
Beynəlxalq ictimai birlik Ukraynada elan edilən "Xocalı ayı" kampaniyasına qoşuldu  (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

"Sərhədsiz Mübarizə Qardaşlığı" Beynəlxalq İctimai Təşkilatı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi "Xocalı ayı" kampaniyasına qoşulduğunu bəyan edib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə bildiriblər ki, "beynəlxalq təşkilatlar dünyada baş verən zorakı və qanlı olaylara düzgün qiymət verməklə gələcək faciələrin qarşısının alınmasında ciddi siyasi iradə nümayiş etdirməlidir" devizlə Kiyev şəhərində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 24 illiyinə həsr olunmuş mərasimə qatılan "Sərhədsiz Mübarizə Qardaşlığı" Beynəlxalq İctimai Birliyinin nümayəndələri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi "Xocalı ayı" kampaniyasına qoşulduqlarını bəyan ediblər.

Tədbirdə "amalımız dünyada haqqı və ədaləti müdafiə etməkdir" deyən beynəlxalq təşkilatin rəhbəri Yevgeni Podsolyenov beynəlxalq təşkilatların indiyədək Xocalı soyqrımına hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib.

Podsolenov Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq dünya birliyinin indiyədək bu acı həqiqətə göz yummasını yolverilməz hal kimi dəyərləndirib.

"Bu baxımdan bizim təşkilat UAGB-in Ukraynada elan etdiyi "Xocalı ayı" kampaniyasına qoşularaq bu amansız faciənin Ukrayna ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmək qərarına gəlib", deyə Podsolyenov bildirib.

Sözü gedən beynəlxalq təşkilatın nümayəndələri, həmçinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində BMT-nin və ATƏT-in Ukrayna nümayəndəliklərinin qarşısında keçiriləcək etiraz yürüşlərinə də qatılacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti