...

Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçən erməni əsgər Bakıya gətirilib və BQXK onun istəyini öyrənəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2013 11:02 (UTC +04:00)
Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçən erməni əsgər Bakıya gətirilib və BQXK onun istəyini öyrənəcək
Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçən erməni əsgər Bakıya gətirilib və BQXK onun istəyini öyrənəcək

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçən erməni əsgər Bakıya gətirilib və Müdafiə Nazirliyinə təhvil verilib. Bu barədə Trend-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Ş.Sayılov deyib ki, bayram günlərindən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçiriləcək və erməni əsgərin geri qayıtmaq və yaxud üçüncü ölkəyə getmək istəyi öyrəniləcək.

Onun sözlərinə görə, ilkin araşdırmalardan sonra erməni əsgərin azaraq Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçdiyi müəyyənləşib.

Dövlət Komissiyasının katibi bildirib ki, erməni əsgərin üstündə heç bir sənədi olmadığı üçün onun dəqiq kimliyi barədə nəsə söyləmək çətindir. Ancaq erməni əsgərin İnciqulyan soyadlı olduğu müəyyənləşib.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə saat 03:00 radələrində bir erməni azaraq Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçib.

Azərbaycan ərazilərini işğal etmiş separatçı rejim erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.

Trend-in News.am-a istinadən verdiyi məlumata görə, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 03:00 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti