...

Macarıstan ölkə vətəndaşlarının qeyri-qanuni yolla Dağlıq Qarabağa səfərləri barədə yayılan məlumatları təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2013 12:03 (UTC +04:00)
Macarıstan dövlət strukturları Ermənistan KİV-in ölkə vətəndaşlarının qeyri-qanuni yolla Azərbaycanın işğal olunan olan ərazilərinə səfər etməsi barədə yayılan məlumatları təkzib edib.
Macarıstan ölkə vətəndaşlarının qeyri-qanuni yolla Dağlıq Qarabağa səfərləri barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S. Ağayeva/

Macarıstanın dövlət strukturları Ermənistan KİV-in bu ölkənin vətəndaşlarının qeyri-qanuni yolla Azərbaycanın işğal olunan ərazilərinə səfər etmələri barədə yayılan məlumatları təkzib edib.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Trend-ə açıqlamasında bildirib: "Macarıstan vətəndaşlarının Azərbaycanın işğal olunan ərazilərinə səfər etməsi barədə yayılan məlumat əsası olmayan uydurmadır. Macarıstan və Ermənistan arasında diplomatik əlaqələr, səfirliklər, vizanın alınması üçün konsulluq xidmətləri yoxdur. Ona görə də Macarıstan vətəndaşları Ermənistana gedə və oradan da Dağlıq Qarabağa səfər edə bilməzlər".

Bu faktı Macarıstan XİN- də təsdiqləyib.

Ermənistan KİV-də Macarıstan universitetlərindən birinin tələbələrinin Dağlıq Qarabağa qeyri-qanuni səfəri barədə məlumat yayılandan sonra diplomatik missiya vəziyyətin aydınlaşdırılması ilə bağlı ölkə XİN-nə müraciət edib.

Bu məsələni araşdıran Macarıstan XİN və Təhsil Nazirliyi yayılan məlumatları təsdiqləməyiblər.

Diplomat o cümlədən əlavə edib ki, Macarıstan XİN rəsmi saytında müntəzəm olaraq Dağlıq Qarabağa səfər etməmək barədə çağırışlar dərc olunur. Səfir bildirib: "Məlumatda bildirilir ki, rəsmi Bakının razılığı olmadan bu əraziyə səfər etmək qadağandır".

Xatırladaq ki, daha əvvəl Ermənistan KİV tərəfindən macar tələbələrin Ermənistan və Dağlıq Qarabağa səfər etmələri barədə xəbər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti