...

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2014 15:16 (UTC +04:00)
Təmas xəttinə yaxın ərazilərdən düşmənə məxsus texnikaların hərəkəti aydın müşahidə olunur.
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir.

Trend-in məlumatına görə, Kanal S-in Qarabağ bürosunun xəbərinə əsasən, düşmən hərbçilər təlim manevrlərində Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikalardan istifadə edirlər.

Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilir.

Təmas xəttinə yaxın ərazilərdən düşmənə məxsus texnikaların hərəkəti aydın müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti