...

Məzahir Əfəndiyev: Dünya ictimaiyyəti Dağlıq Qarabağda narkotiklərin dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2014 15:37 (UTC +04:00)
Dünya ictimaiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır.
Məzahir Əfəndiyev: Dünya ictimaiyyəti Dağlıq Qarabağda narkotiklərin dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Mehdiyev/

Dünya ictimaiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır. Bu barədə Trend-ə BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev qeyd edib ki, nə qədər ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf rayonlar Ermənistanın işğalı altındadır, nə qədər ki, həmin ərazilərdə Azərrbaycan öz nəzarətini tam bərqərar etməyib və nə qədər ki, həmin ərazilər nəzarətsiz hesab olunur, heç şübhəsiz ki, həmin ərazilərdə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, eləcə də qeyri-qanuni tranziti, hətta istehsalı baş verəcək: "Amma nəzərə alsaq ki, məhz həmin o qeyri-qanuni dövriyyədən əldə olunan gəlirlər separatizmin, terrorizmin daha da geniş miqyasda yayılmasına xidmət göstərir, tək Azərbaycan dövləti deyil, qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti öz narahatlığını ifadə etməli, bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirməli və Azərbaycan dövləti qədər də maraq nümayiş etdirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti