...

Hikmət Çətin: Qafqaz regionunda sülhə və sabitliyə ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2014 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Mehdiyev/

Qafqaz regionunda sülhə və sabitliyə ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsidir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Bakıda təşkil edilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində "Açıq cəmiyyətlər mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu kimi" mövzusunda keçirilən sessiya zamanı deyib.

O, qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb.

H.Çətin vurğulayıb ki, ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişənin həll olunması ilə bağlı fəaliyyət göstərsə də, bunun heç bir nəticəsi yoxdur.

Sabiq nazir bildirib ki, Dağlıq Qarabağ münaqiəsinin həlli üçün konkret addımlar atmağın vaxtı çatıb: "İlk növbədə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonlardan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sülhün və sabitliyin yaradılması baxımından çox önəmli bir addım olardı".

H.Çətin deyib ki, indiki vəziyyət daim belə qala bilməz: "Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Məlum olduğu kimi, hazırda Ermənistanda sosial və iqtisadi sahədə vəziyyət çox pisdir".

Keçmiş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, o cümlədən enerji layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər: "Bunun üçün isə Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti