...

Ermənilərin basqını zamanı Azərbaycan Ordusunun yaralanmış əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 10:25 (UTC +04:00)
Ermənilərin basqını zamanı Azərbaycan Ordsunun yaralanmış əsgəri şəhid olub.
Ermənilərin basqını zamanı Azərbaycan Ordusunun yaralanmış əsgəri şəhid olub

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/

Ermənilərin basqını zamanı Azərbaycan Ordusunun yaralanmış əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, düşmən gülləsindən yara alan əsgərimiz vəfat edib: "Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb".

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Qeyd edək ki, bununla da iyulun 30-dan bu günədək Ermənistan Silahlı Qüvvələri ilə baş verən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçularının sayı 13 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti