...

Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2014 12:50 (UTC +04:00)
Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib.
Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib.

Görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələrin nəticəsi olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub. R.Tağıyev Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlılarının narahatlığını diqqətə çatdırıb.

Konfransda etdiyi çıxışında da R.Tağıyev bölgədə millətlərarası münasibətlər, xalqların hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalmış insanların hüquqlarının bərpasının vacibliyindən danışıb. Diaspor rəhbəri işğal olunmuş Azərbaycan torpaqlarının qaçqın düşən bir milyon azərbaycanlının pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq təşkilatları konkret addımlar atmağa çağırıb.

Qeyd edək ki, ATƏT-in 56 üzv ölkəsinin iştirak etdiyi konfransda milli azlıqların hüquqları, insan haqları, irqi ayrıseçkilik, millətlərarası nifrətin azaldılması, müxtəlif münaqişə bölgələrində xalqların hüquqlarının pozulması və digər məsələlər müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti