...

ULAN-ın saytında Xocalı faicəsinə dair məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2015 11:34 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfirinin bir sıra ispandilli KİV-lərdə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə və müsahibəsi dərc olunub.
ULAN-ın saytında Xocalı faicəsinə dair məqalə dərc olunub

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın Argentinadakı səfirinin bir sıra ispandilli KİV-lərdə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə və müsahibəsi dərc olunub.

Azərbaycan XİN-in mətbuat xidmətidən Trend-ə verilən məlumata görə, Latın Amerikası Xəbər Agentlikləri Birliyinin (ULAN) saytında Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "Ermənistan qoşunları tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı qətliam" adlı məqaləsi yerləşdirilib.

Məqalə və onun tərcüməsi ilə müvafiq olaraq http://agenciasulan.org/2015/02/masacre-contra-la-poblacion-civil-de-azerbaiyan-por-las-tropas-de-armenia/ və http://azembassy.org.ar/az/noticias/noticias/20150224021136186.html internet səhifələrindən tanış olmaq mümkündür.

ULAN dünyanın aparıcı regional xəbər agentlikləri birliklərindən biridir və bu qurumun tərkibinə Argentinanın TELAM, Boliviyanın ABI, Braziliyanın AGENCIA BRASIL, Kubanın PRENSA LATINA, Ekvadorun ANDES, Qvatemalanın AGN, Meksikanın NOTIMEX, Paraqvayın IP və Venesuelanın AVN milli xəbər agentlikləri daxildir.

Eyni zamanda, "Eurasia Hoy" və "Diario Siglo XXI" ispandilli analitik-xəbər portallarında beynəlxalq münasibətlər üzrə jurnalist-ekspert Peter Tasenin səfir Məmməd Əhmədzadə ilə "Xocalı hadisələrini beynəlxalq ictimaiyyət qınamalı və onlara layiqli siyasi və hüquqi qiymət verməlidir" başlıqlı müsahibəsi də dərc olunmuşdur.

Müsahibə və onun tərcüməsi ilə müvafiq olaraq http://eurasiahoy.com/21022015-embajador-ahmadzada-los-sucesos-de-jodyali-deben-recibir-la-merecida-condena-politica-y-legal-por-parte-de-la-comunidad-internacional/ və http://www.diariosigloxxi.com/texto-diario/mostrar/244216/los-sucesos-de-jodyali-deben-recibir-la-merecida-condena-politica-y-legal-por-parte-de-la-comunidad-internacional#.VOvmcTTF8y4 habelə http://azembassy.org.ar/az/noticias/noticias/20150224015805072.html internet səhifələrindən tanış olmaq mümkündür.

Məqalə və müsahibəsində azərbaycanlı diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Ermənistan qoşunlarının Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırım, Xocalıda baş verənlərə görə Ermənistanın məsuliyyətini sübut edən faktlar, Xocalı faciəsinin dünyada yaratdığı əks-səda, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə verilən qiymət, habelə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair beynəlxalq təşkilatların mövqeyi və nizamlanmanın regiondakı vəziyyətə göstərə biləcəyi təsir ilə bağlı fikirlərini bölüşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti