...

Uorlikin növbəti "twitter" bəyanatı: "ABŞ hazırdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2015 16:13 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Rusiya və Fransa ilə işləməyə hazırdır.
Uorlikin növbəti "twitter" bəyanatı: "ABŞ hazırdır"

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Rusiya və Fransa ilə işləməyə hazırdır.

Trend-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" mikrobloqunda yazıb ki, bunu Vaşinqtonda keçirilmiş görüşdə deyib.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri C.Uorlik, Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) dünən Vaşinqtona səfər ediblər. Həmsədrlər ABŞ Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti