...

Deputat: Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2016 12:24 (UTC +04:00)
Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir.
Deputat: Azərbaycan Qarabağ ermənilərinə müraciət etməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir. Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil:

“Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti