...

XİN: Dilqəm Əsgərovun taleyi barədə suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2017 11:49 (UTC +04:00)
Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır.
XİN: Dilqəm Əsgərovun taleyi barədə suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək lazımdır

Bakı. Trend:

Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır.

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib: "Dilqəm Əsgərovun taleyi barədə suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti