...

BQXK Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2018 12:09 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan ermənilərə baş çəkib.
BQXK Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkdi

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan ermənilərə baş çəkib.

Bu barədə Trend-ə qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Komitə nümayəndələri ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə baş çəkib: "Başçəkmə zamanı saxlanılanların saxlanma şəraiti və onlarla rəftarın monitorinqi aparılıb".

Xatırladaq ki, iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan Azərbaycanda saxlanılır. A.Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti