...

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2018 10:46 (UTC +04:00)
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb (FOTO)

Bakı. Trend:

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti