Bakı. Samir Əli - Trend:
Erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Trend-in məlumatına görə, nəticədə rayonun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.