...

BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2018 15:47 (UTC +04:00)
BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırır (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, R.Rzayev bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, iri həcmli proqramlar icra edilir.

R.Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məcburi köçkünlərin problemlərinə həssas yanaşdığına görə təşəkkür edib. O, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə uzun müddət fəaliyyət göstərdiyini və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə müxtəlif layihələrlə dəstək verdiyini diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan bu sahədə olan çətinliklərin böyük hissəsinin öhdəsindən gəlib. Onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalından azad olunan Cocuq Mərcanlı kəndinin yenidən bərpasının buna bariz nümunədir. Eyni zamanda bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə görüləcək işlər hələ çoxdur.

Qonaq BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirdiyi qiymətləndirmənin nəticələrindən danışıb. Furio de Angelis məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə qarşılıqlı əməkdaşlığın perespektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti