...

Cavanşir Feyziyev: Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2018 11:25 (UTC +04:00)
"Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa..."
Cavanşir Feyziyev: Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa...

Bakı. İlhamə İsabalayeva – Trend:

“Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, biz münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların nəticə verə biləcəyinə az da olsa, ümid edə bilərik”.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, təqribən 30 il ərzində məcburi köçkün kimi doğulmuş uşaqlar hələ öz vətənlərini görməyiblər. Buna baxmayaraq, öz doğma torpaqlarını görmək ümidlərini itirməyiblər:

“Bütün qüvvələr münaqişənin sülh yolu ilə həllinə yönləndirməlidir. Bu günə qədər münaqişənin həlli üçün bir addım da atılmayıb. Biz münaqişənin həlli üçün bacardığımız qədər öz təkliflərimizi verməyə çalışırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti